Vergi və Qanunvericilik

• Hüquqi və fiziki şəxslərin qeydiyyatdan keçirilməsi, (E-imzanın, Asan İmzanın, istifadəçi kodu və şifrənin alınması);
• Obyektin, nəzarət-kassa aparatının (NKA), pos-terminalın qeydiyyatdan keçirilməsi;

Vergi məsləhəti

Vergi məsləhətinə, təşkilatların Azərbaycan Respublikasında qüvvədə olan Vergi qanunvericiliyinə uyğun sahibkarlıq fəaliyyətlərini təşkil etmələri üçün hər bir biznes subyektinə özəl vergi strategiyasının hazırlanması kimi təkliflər daxildir. • Şirkətinizin hazırki vəziyyətinin təhlil edilməsi;• Yerli vergi qanunvericiliyi ilə bağlı məsləhət xidmətləri;• Şirkətlər, sahibkarlar, fiziki şəxslər üçün planlama və optimizasiya;• Fəaliyyətə başlama, yenidənqurma, ləğv edilmə məsələlərində məsləhət və […]

Korporativ strategiya

Korporativ strategiya, müəssisə daxilində vahid strategiya və məqsədlərin formalaşdırılmasını əhatə edir. Digər tərəfdən, məsləhətçilər strateji yol xəritələrinin dəstəklənməsi üçün müntəzəm olaraq vizyon, missiya və strateji planların hazırlanmasını həyata keçirirlər. Strateji məsləhət layihələrinin geniş yayılmış nümunəsi kimi strateji seçim və qərarların dəyərləndirilməsi, biznes proseslərinin planlaşdırması və bazara giriş strategiyaları kimi böyümə planlarının (şirkətlər yeni bölgələrə, bazarlara […]

Mühasibat uçotu üzrə məsləhət

Mühasibat uçotu ilə bağlı məsləhət, müştərilərin maliyyə əməliyyatları zamanı üzləşdikləri mühasibat və maliyyə hesabatlarının hazırlanmasındakı çətinliklərin optimallaşdırmaqla həllinə yönəlmişdir. Layihələr adətən mühasibat uçotu funksiyasının səmərəliliyinin artırılmasına, maliyyə hesabatlarının keyfiyyətinin və axınlarının yaxşılaşdırılmasına və Beynəlxalq Maliyyə Hesabatlarının Standartları (IFRS) kimi qlobal miqyasda və yerli qanunvericilik kimi bütün səviyyələrdə tənzimləyici tələblərə cavab verilməsini əhatə edir.

Lizinq

Lizinq maliyyə icarəsi formasıdır və hər hansı bir avadanlığın və ya əmlakın lizinq şirkəti tərəfindən satın alınaraq lizinqalana razılaşdırılmış müddətə istifadəyə (icarəyə) verilməsidir. Müqavilə müddəti bitdikdən sonra avadanlıq (əmlak) lizinq şirkətinin razılığı ilə qalıq dəyəri ödənilməklə lizinqalanın mülkiyyətinə keçir. Bu zaman icarə müddəti əmlakın tam amortizasiya müddətinə bərabər və ya ondan az olmalıdır. Özündə bank […]

İdarəetmə uçotunun anlayışı

İdarəetmə uçotu istehsalat-kommersiya fəaliyyətinin planlaşdırılması və nəzarətin aparılması üçün menecerə lazım olan informasiyanın hazırlanması prosesini özündə birləşdirir. İdarəetmə uçotu idarəetmə prosesini uçot prosesilə əlaqələndirir. İdarəetmə uçotu – hər hansı bir obyektin idarə olunması üçün lazım olan məlumatların eyniləşdirilməsi, ölçülməsi, yığılması, sistemləşdirilməsi, təhlili, ayrılması, izahı və ötürülməsi deməkdir. İdarəetmə uçotunun sinonimi daxili uçotdur. Uçot elmində idarəetmə […]

Likvidlik

Aktivlərin pula çevrilmə imkanı əks etdirən iqtisadi termin likvidlik kimi müəyyən olunur. Daşıdığı ümumi anlamdan əlavə bu terminin daha konkret mənalarda işləndiyi məqamlar da vardır. Bank, müəssisə, qiymətli kağızlar, bazar, yatırımlar və s. ilə münasibətdə işlənməsindən asılı olaraq həm likvidliyin müəyyən edilməsi üsulları, həm də terminin özünün izah variantları bir-birindən fərqlənir. Likvidlik – sadəcə maddi […]